TƏBİB reanimasiyada olan xəstələrin sayını açıqladı

  13 Avqust 2020    Oxunub : 3029
   TƏBİB reanimasiyada olan xəstələrin sayını açıqladı
Azərbaycanda koronavirusla bağlı 13 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Son sutkada koronavirusa görə 7520 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 812 min 33-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 213, süni tənəffüs cihazında olan xəstə sayı 44 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 33 min 915 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 31 min 269 nəfər müalicə olunaraq sağalıb, 500 nəfər vəfat edib. Aktiv xəstə sayı 2146 nəfərdir.

Azvision.az

Teqlər: TƏBİB   Koronavirus   Pandemiya