“Amerika sevdalısı” Cəmil Həsənli xalqı təhqir etdi - VİDEO

  “Amerika sevdalısı” Cəmil Həsənli xalqı təhqir etdi -    VİDEO
  13 Avqust 2020    Oxunub:8587
Milli Şura adlı radikal qrupun “zoom konfransı”ndan yeni videogörüntülər yayılıb. Marginallar qeybətxananı xatırladan onlayn toplantıların az qala hər birində ya özlərini ifşa edir, ya da xalqa, dövlətçiliyə qarşı aqressiv münasibətlərini ortaya qoyurlar. Yayılan son videoda isə müxalifətin "professoru" xalqı aşağılamaqdan belə çəkinməyib.


Kadrlardan göründüyü kimi, Milli Şuraçılar Əli Kərimlinin tapşırığı əsasında trolluq fəaliyyəti ilə məşğul olduqlarını özləri etiraf ediblər. Belə ki, Vahid Məhərrəmli deyib: "Bir az bundan qabaq Əli bəylə əlaqə saxladım, vəziyyəti yaxşıdır, deyir istirahət eləyirəm, ümid edir ki, biz sosial şəbəkələrdə komanda kimi daha yaxşı işləyəcəyik. Sağ olun ki, siz də, cəbhəçilər də Əli Kərimlinin müsahibələrindən, sözlərindən kəsib ayrıca statuslar yazdınız, plakatlar təşkil olundu. İndi orada kimin statusuna nə qədər layk gəldi - gəlmədi, bu, elə də əhəmiyyətli deyil, əsas odur yazdıq".

“Zoom konfransı”nda çıxış edən qaragüruhçuların səviyyəsiz zarafat və fikirləri, toplantını lağlağı məclisinə çevirmələri xüsusilə diqqət çəkib.

Məsələn, Vidadi Mirkamal lağ obyektinə çevrilən Rahim Hacıyevə, onun kəlləsinə sataşaraq bildirib: “Rahim kameranı düz tut ancaq təpəni görürük. Başında maraqlı bir şey də yoxdur”.

O, daha sonra anti-milli şuranın “əlahəzrətlərindən” olan Cəmil Həsənliyə Amerika barədə sual ünvanlayıb: “Cəmil müəllim, orada vəziyyət necədir, karantin necədir, amerikalılar necə gözləyirlər karantin qaydalarını, karantin yoxdur bəyəm onlarda?"

Okeanın o tayından boylanan Cəmil Həsənli isə cavabında bildirib: "Var, sadəcə bizimkilərdən fərqli olaraq buradakı adamlar özləri şüurludurlar".

Özünü müxalifətin “ağsaqqalı” hesab edən C.Həsənlinin Azərbaycan xalqını şüursuz adlandırması və başqa bir milləti azərbaycanlılardan üstün tutması “zoom”dakı dostları tərəfindən razılıqla qarşılanıb və heç kim bu axmaq fikirlərə iradını bildirməyib. Əksinə susmaqla onlar da belə mənfur düşüncə sahibi olduqlarını bir növ təsdiqləyiblər.

Qeyd edək ki, Milli Şuranın yeni videosu sosial şəbəkələrdə ciddi müzakirələrə və narazılığa səbəb olub. İnsanlar Cəmil Həsənlinin səsləndirdiyi xain fikirlərə etiraz edib və özünü müxalifət adlandıran marginalların xalqa bu cür münasibətini kəskin qınayıblar.

Tural Tağıyev
Azvision.az


Teqlər: Milli-Şura  





Xəbər lenti