YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirildi

YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirildi
  12 Avqust 2020    Oxunub:2739
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iclasda pandemiya ilə əlaqədar YAP-ın gördüyü işlər barəsində qısa məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasında koronavirus pandemiyasının geniş yayılmaması və pandemiyanın vura biləcəyi zərərin qarşısını almaq üçün sistemli tədbirlər həyata keçirilib.

YAP da öz növbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi altında epidemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə yaxından və fəal iştirak edib, bu istiqamətdə bir sıra mühüm aksiyalar keçirib.

İclasda YAP-ın Nəsimi, Ağdaş və Ağdam rayon təşkilatlarının hesabat-seçki konfranslarından ötən dövr ərzində fəaliyyətinə dair hesabatı dinlənilib.

İdarə Heyətinin iclasında hesabatı dinlənilən rayon təşkilatlarının fəaliyyəti qənaətbəxş hesab edilib, onların gələcək fəaliyyətinə dair tövsiyələr verilib.

İclasda daha sonra partiya həyatı ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

Azvision.az


Teqlər: YAP   İclas   Videokonfrans  





Xəbər lenti