Narkomanlığın qarşısını almaq üçün “Qaynar xətt” yaradıldı

Narkomanlığın qarşısını almaq üçün “Qaynar xətt” yaradıldı
  12 Avqust 2020    Oxunub:4376
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “Qaynar xətt”i fəaliyyətə başlayıb.
Komissiyanın İşçi Qrupundan Azvision.az -a bildirilib ki, “Qaynar xətt” “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.1.10-cu bəndinin icrası ilə əlaqədar narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda “Qaynar xətt” - rabitə əlaqəsi aidiyyəti nazirlik, komitə və təşkilatlarla, o cümlədən ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək üçün yaradılıb.

“Qaynar xətt” xidməti üçün 802 telefon nömrəsi ayrılıb. 802 xidmətinə daxil olan müraciətlərin qəbulu həftənin I-V günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.

Azvision.az


Teqlər: Qaynar-Xətt   Narkomanlıq  





Xəbər lenti