5 kq-dan artıq narkotik dövriyyədən çıxarıldı

5 kq-dan artıq narkotik dövriyyədən çıxarıldı
  12 Avqust 2020    Oxunub:3261
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Şəhriyar Şirinov idarə etdiyi “VAZ-2107” markalı avtomobil və onun sərnişini Yevlax rayon sakini Azər Həsənovla birlikdə saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı A. Həsənovun əlindəki sintetik torbada müxtəlif qablaşdırmalarda 5 kiloqramdan artıq narkotik vasitə hesab edilən tiryək, 1 ədəd bağlamada 130 qramdan artıq heroin və 1 ədəd bükümdə 12 qramdan artıq psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti