Cəbhədə atışma, atəşkəs 138 dəfə pozuldu

Cəbhədə atışma, atəşkəs 138 dəfə pozuldu
  23 Yanvar 2014    Oxunub:1004
Cəbhə xəttində gərgin vəziyyət yaranıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 138 dəfə atəşkəs rejimini pozublar.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Məzəmli, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari, Mosesqex, Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Əlibəyli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Şuraabad, Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:  





Xəbər lenti