“Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” - DİN rəhbəri

  “Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” -    DİN rəhbəri
  11 Avqust 2020    Oxunub:4707
"Biz əməkdsaşlığımızın mərkəzinə olan bütün məsələləri müzakirə etdik və ölkələrimizin ərazi bütövlüyünə qarşılıqlı dəstəyimizi ifadə etdik".
Azvision.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili işlər naziri Neboyşa Stefanoviç jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, görüş zamanı bütün münaqişələrin BMT-nin prinsipləri əsasında sülh yolu ilə həllinin vacibliyi vurğulanıb: “Düşünürəm ki, bu, münaqişə ilə üzləşən ölkələrin gələcəyi üçün vacibdir və hər iki ölkənin marağındadır”.

Qeyd edək ki, Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycana səfərə gəlib. Səfər zamanı Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonağı qəbul ediblər.

Azvision.az


Teqlər: Serbiya   Nazir  





Xəbər lenti