Azərbaycan və Türkiyə qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

   Azərbaycan və Türkiyə qırıcıları təlim-məşq uçuşları keçiriblər -    VİDEO
  10 Avqust 2020    Oxunub:2588
"TurAz Qartalı - 2020" Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələrinin ekipajları təlim-məşq uçuşları keçiriblər.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, təlimin mərhələsinin senarisinə uyğun olaraq hərbi təyyarəçilər pilotaj texnikası, həmçinin qoşa və manqa ilə uçuşları məşq ediblər.

Döyüş təyyarələrinin ekipajları qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra ediblər.







Azvision.az


Teqlər: HHQ   Təlim   Qırıcı  





Xəbər lenti