Azərbaycanda 79 yeni yoluxma - Daha 278 nəfər sağaldı

Azərbaycanda 79 yeni yoluxma -    Daha 278 nəfər sağaldı
  10 Avqust 2020    Oxunub:4831
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 79 yeni yoluxma faktı qeydə alınıb, 278 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 642 nəfər müalicə olunaraq sağalıb, 492 nəfər vəfat edib, aktiv xəstə sayı 2 513 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 015, ötən müddət ərzində isə ümumilikdə 790 141 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti