Nazirin müşaviri və 2 şöbə müdiri işdən çıxarıldı

   Nazirin müşaviri və 2 şöbə müdiri işdən çıxarıldı
  10 Avqust 2020    Oxunub:2594
Mədəniyyət Nazirliyinin Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri Abduləlimov Ruslan Ələsgər oğlu və Kinematoqrafiya şöbəsinin müdiri Məmmədov Cahangir Tokay oğlu yaş həddi ilə əlaqədar vəzifədən azad ediliblər.
Azvision.az xəbər verir ki, bu barədə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb.

A. Kərimovun digər əmri ilə Mədəniyyət nazirinin müşaviri İsmiyev Aydın Cuməli oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

Azvision.az


Teqlər: Mədəniyyət-Nazirliyi   Kadr   İslahat  





Xəbər lenti