Xaricdən həkimlərin gəlməsinə TƏBİB-dən münasibət

  Xaricdən həkimlərin gəlməsinə TƏBİB-dən münasibət
  08 Avqust 2020    Oxunub:3583
"Xarici ölkədən Azərbaycana hansı həkimlərin gəlməsi bizim üçün çox vacibdir".
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, həkimlərin ölkəyə gəlməsi dövlətlərarası razılaşma ilə həyata keçirilir:

"Onlar bura gəlməmişdən əvvəl ciddi şəkildə hazırlıq görülür. Hazırda çox ölkələrdə yoluxmanın sayı azalmaya doğru gedir. Vəziyyət nəzarət altındadır. Çindən və İtaliyadan gələn həkimlər ən çox xəstə qəbul etmiş xəstəxanalarda çalışıblar".

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Həkim   İtaliya   Çin  





Xəbər lenti