“Rayonlara gediş-gəliş açılsa, beynəlxalq uçuşlara icazə veriləcək”

   “Rayonlara gediş-gəliş açılsa, beynəlxalq uçuşlara icazə veriləcək”
  08 Avqust 2020    Oxunub:4128
Naxçıvana uçuş reyslərinin artırılması istiqamətində müzakirələr gedir. Yaxın zamanda qərar veriləcək.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, beynəlxalq reyslər bir neçə istiqamətdə həyata keçirilir:

“Antlaya, Bodrum və digər istiqamətlərdə əvvəlcədən bilet alanların getməsi üçün reyslərin açılması qaldırılırdı. Lakin burada arqument var ki, rayonlara getmək üçün icazə vermirik, amma beynəlxalq uçuşlar açılır. Ona görə bu proses bir yerdə olmalıdır. Nə zamansa rayonlara gediş-gəliş açılarsa, o zaman beynəlxalq uçuşlara icazə verilər”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Rayon   Gediş-gəliş   Brifinq   Qərargah  





Xəbər lenti