Şahmar Mövsümov: “Karantinlə bağlı iddialar əsassızdır”

     Şahmar Mövsümov:   “Karantinlə bağlı iddialar əsassızdır”
  08 Avqust 2020    Oxunub:4427
Əsassız iddialar var ki, bütün dünyada karantin yoxdur və heç kim maska taxmır. Yalnız Azərbaycanda belədir. Bu yanlışdır. İnsanlar internetlə baxsınlar ki, dünya ölkələrində vəziyyət necədir. Virus heç yerə getməyib, aramızdadır. Dünya ölkələri bu virusla mübarizə aparır.
Azvision.az verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, yoluxma sayının azalmasına sərt karantin rejimi ilə nail olunub.

“Əziyyətlə əldə etdiyimiz nailiyyəti qoruyub saxlamaq lazımdır. Bunun üçün qaydalara əməl etmək vacibdir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Şahmar-Mövsümov   Qərargah   Brifinq  





Xəbər lenti