Quba sakini həmyerlisinin maşınını qaçırdı

Quba sakini həmyerlisinin maşınını qaçırdı
  08 Avqust 2020    Oxunub:3391
Quba rayon sakininin avtomobilini qaçıran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Quba rayon sakini Sərxan Məmmədov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-2107” markalı avtomobilinin axşam saatlarında qaçırıldığı barədə məlumat verib.

RPŞ-nin əməkdaşları tərəfindən “isti izlərlə” və peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törədən rayon sakini Fuad Şıxalıyev qısa müddət ərzində qaçırdığı nəqliyyat vasitəsi ilə birlikdə saxlanılaraq polis şöbəsinə gətirilib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. F.Şıxalıyevin başqa cinayət hadisələrində iştirakı edib-etməməsi araşdırılır.

Azvision.az


Teqlər: Quba   DIN  





Xəbər lenti