Cəlilabada dilənçiliyə gedənlər saxlanıldı

Cəlilabada dilənçiliyə gedənlər saxlanıldı
  08 Avqust 2020    Oxunub:3199
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Cəlilabad şəhəri ərazisində qurulmuş postlardan birində saxlanılan “Vaz 21011” markalı avtomobilin sürücüsü, Yevlax sakini C.Bukavadzenin karantin rejimini pozaraq Yevlaxdan Cəlilabada gəldiyi müəyyən edilib.

Avtomobildə olan digər 2 Yevlax sakini isə Cəlilabad şəhəri ərazisində dilənçiliklə məşğul olduqlarını bildiriblər. Hər 3 şəxs Cəlilabad Rayon Polis Şöbəsinə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Azvision.az


Teqlər: DIN   Polis  





Xəbər lenti