Taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir - VİDEO

  07 Avqust 2020    Oxunub : 2719
 Taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir -  VİDEO
Ölkəmizdə keçirilən “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir. Mərhələnin planına uyğun olaraq Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin gündüz və gecə şəraitində döyüş uçuşları keçirilib.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirib.



Azvision.az

Teqlər: Təlim