Azərbaycanda COVID-19-la mübarizə beynəlxalq səviyyədə yüksək qiymətləndirilib

Azərbaycanda COVID-19-la mübarizə beynəlxalq səviyyədə yüksək qiymətləndirilib
  07 Avqust 2020    Oxunub:2925
Azərbaycan Respublikasının rəhbərliyi, habelə hökuməti və aidiyyəti dövlət qurumları tərəfindən pandemiya dövründə risklərin düzgün qiymətləndirilməsi nəticəsində həyata keçirilmiş qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilib.
Bu barədə Azvision.az -a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

“Belə ki, Azərbaycan Respublikası Prokurorluğunun da üzvü olduğu Avropa ölkələrinin prokurorluq və antikorrupsiya qurumlarının Korrupsiyaya qarşı mübarizə əməkdaşlığı təşkilatı tərəfindən həmin təşkilata üzv olan Avropa ölkələrinin hökumətləri və müvafiq dövlət qurumları tərəfindən pandemiya dövründə həyata keçirilən qabaqlayıcı və inzibati tədbirlər təhlil edilib və bu barədə məlumat EPAC və EACN təşkilatlarının birgə bülletenində dərc edilib.

Müsbət haldır ki, Azərbaycan Respublikasında bu sahədə vaxtında həyata keçirilmiş operativ tədbirlər nəticəsində əhalinin sosial və digər maraqlarının nəzərə alınması və onların təmin edilməsi üçün müvafiq addımların atılması barədə də məlumat Bülletendə öz əksini tapıb. O cümlədən qeyd edilib ki, əhaliyə göstərilmiş maddi yardım, həmçinin vətəndaşların sağlamlıqlarının qorunması üçün əlçatan və keyfiyyətli tibbi yardım göstərilib, bu məqsədlə yeni modul tipli xəstəxanalar tikilməklə istifadəyə verilib.

Həmçinin, COVID-19 pandemiyasının yaratdığı bütün çətinliklərə baxmayaraq Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən vətəndaşlardan daxil olan ərizə və şikayətlərin araşdırılaraq qanuni tədbirlərin görülməsi, habelə koronavirusa qarşı həyata keçirilmiş səmərəli inzibati tədbirlər də xüsusilə vurğulanıb”, - deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: Baş-Prokurorluq   COVID-19  





Xəbər lenti