Nazirliyə yeni Aparat rəhbəri təyin edildi

Nazirliyə yeni Aparat rəhbəri təyin edildi
  07 Avqust 2020    Oxunub:5471
Kənd Təsərrüfatı Nazirliyində yeni kadr təyinatı olub.

Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Rafail Quliyev Kənd Təsərrüfatı Naziriyinin Aparat rəhbəri təyin edilib. O, buna qədər KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Rafail Quliyev 1967-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini bitirib. Uzun illər kənd təsərrüfatı sahəsində çalışıb.

2016-2018-ci illərdə Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin (Dövlət Aqrar İnkişaf Mərkəzi) rəisi olub. 2018-ci ilin sentyabrın 3-də Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Ailəlidir, 4 övladı var.

Aytən Zəhra
Azvision.az


Teqlər: KTN   Təyinat  





Xəbər lenti