Hərbi hissələrdə ideoloji işə həsr edilən tədbirlər keçirilib - VİDEO
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Təntənəli mərasimlərdə çıxış edənlər ideoloji işin əhəmiyyətindən, Azərbaycanın dövlətçilik tarixinin mərhələlərindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş verən Tovuz döyüşlərindən geniş söhbət ediblər.
Şəxsi heyətə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışını əks etdirən videoçarx və Azərbaycanın dövlətçilik, hərb tarixindən bəhs edən tarixi xronika təqdim olunub. Əməkdar artist A.Bayramov Vətənə, Azərbaycan bayrağına, şəhidlərə həsr edilən şeirlər səsləndirib.
Tədbirdə həmçinin “Əsgərə məktub” layihəsi çərçivəsində əsgərlər ailələrinə məktub yazaraq öz arzularını çatdırıblar.
Tədbirlər Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təqdim etdiyi hərbi vətənpərvərlik mahnılarından və ordu marşlarından ibarət konsert proqramları ilə başa çatıb.
Azvision.az