Naxçıvanda 9116 nəfərə 190 manat verildi

   Naxçıvanda 9116 nəfərə 190 manat verildi
  07 Avqust 2020    Oxunub:3608
Xüsusi karantin rejimi dövründə Naxçıvan Muxtar Respublikasında yaşı 65-i keçmiş tənha yaşayan ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub, tənha ahıl, ünvanlı dövlət sosial yardımı alan, çoxuşaqlı ailə və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq payları verilib, muxtar respublikada təhsil alan və pandemiya səbəbindən ölkələrinə gedə bilməyən əcnəbi tələbələrə ərzaq payları və maddi yardım təqdim olunub.
Azvision.az xəbər verir ki, bununla yanaşı, pandemiya əleyhinə qabaqlayıcı tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikasında xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 9116 vətəndaşa 190 manat məbləğində birdəfəlik ödəmə təyin edilib.

2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti uzadılıb və karantin dövründə Protez Ortopedik Bərpa Mərkəzinə gələ bilməyən şəxslərə səyyar xidmətlər göstərilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən müvafiq kateqoriyalı 22 nəfərə minik avtomobili, 2-si şəhid ailəsi olmaqla, 7 ailəyə isə mənzillər təqdim olunub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Sosial  





Xəbər lenti