Koronavirusa yoluxan məhbusların hamısı sağalıb
Onun sözlərinə görə, koronavirusa ilk yoluxma halı şəhər xəstəxanasından çıxarılan məhkumda aşkarlanıb. Təmas halı orda baş verib. Bundan sonra bütün təmasların nəzarətdə saxlanılmasına başlanılıb.
İ.Qurbanov qeyd edib ki, məhbuslar arasında tək-tək yoluxma halı var: "Koronavirusa yoluxma halı aşkarlandıqda dərhal karantin təmin olunur və həmin şəxsin müalicəsi və müayinəsi tətbiq edilir. Bu günə qədər koronavirusa yoluxmuş məhkumlar arasında vəziyyəti ağırlaşmış olmayıb, hamısı sağalıb. Səhhətində problem olan məhbusların nəzərdə tutulmuş müddətə uyğun olaraq müalicəsi davam edir və yalnız tam sağaldıqdan sonra cəza çəkdikləri müəssisəyə qaytarılırlar”.
Azvision.az
Teqlər: Məhbus Koronavirus