Almaniyada gündəlik yoluxma sayı yenə artdı

  07 Avqust 2020    Oxunub : 1984
Almaniyada gündəlik yoluxma sayı yenə artdı
Almaniyada son sutka ərzində 1147 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 214 min 214 nəfərə çatıb. İndiyə qədər 9183 nəfər pandemiyanın qurbanı olub, 195 min 900 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Almaniya   virus