İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artırıldı

İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artırıldı
  07 Avqust 2020    Oxunub:1666
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, Fondun gəlir və xərcləri artırılır.

Sənəddə qeyd edilib ki, 2020-ci il üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri və xərcləri 128 milyon 235 min 400 manat məbləğində təsdiqlənib.

Qanun layihəsinə təklif olunan dəyişiklikdə isə qeyd edilib ki, fondun gəlirləri də, xərcləri də 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilsin.

Bundan başqa, işsizliyə görə sığorta ödənişlərinin məbləğinin 5 milyon manatdan 10 milyon manata qaldırılması təklif edilir.

Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti