Nazirlik müsabiqə elan etdi

Nazirlik müsabiqə elan etdi
  22 Yanvar 2014    Oxunub:1005
Gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi üzrə müsabiqəyə start verilir
Gənclər və İdman Nazirliyindən mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazirlik gənclər təşkilatları arasında aşağıdakı istiqamətlər üzrə layihələrin qəbulunu elan edir.

- Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin təşəbbüslərinin artırılması;
- gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği;
- gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;
- gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;
- gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi;
- gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;
- özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında iştirak;
- gənclərin hüquqi maarifləndirilməsində iştirak;
- ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması;

Qeyd edək ki, müsabiqə Gənclər və İdman nazirliyinin kollegiyasının “Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında” qərarı və “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci fəslinin 10-cu maddəsi əsasında gerçəkləşir.

Müsabiqəyə dair bütün məlumatlar Gənclər və İdman Nazirliyinin rəsmi internet səhfəsində (www.mys.gov.az) yerləşdirilib.

Layihələrin son qəbul tarixi 17 fevral 2014-cü ildir.

AzVision.az


Teqlər:  





Xəbər lenti