İranda COVID-19 qurbanlarının sayı 18 minə çatır

İranda COVID-19 qurbanlarının sayı 18 minə çatır
  06 Avqust 2020    Oxunub:2701
İranda son sutka ərzində yeni növ koronavirusa 2634 yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, indiyədək 320 117 nəfər infeksiyaya yoluxub, 277 463 pasiyent sağalıb. Son bir gündə 174 nəfər olmaqla, COVID-19 qurbanlarının ümumi sayı 17 976 nəfərə çatıb.

Hazırda 4156 xəstənin vəziyyəti ağır və ya orta ağır qiymətləndirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti