Cinayətkarları ağaca bağlayacaqlar

  18 Mart 2013    Oxunub : 490
Cinayətkarları ağaca bağlayacaqlar
Rusiyada insan alveri və narkotik maddə qaçaqmalçılığı ilə məşğul olanlara qarşı mübarizə başlanıb
Rusiyada bir qrup gənc insan alveri və narkotik maddə ticarəti ilə məşğul olan insanlara qarşı olduqca maraqlı mübarizəyə üsulu tapıblar.

Belə ki, həmin cinayətkarları ələ keçirdikdən sonra onları ağaca və ya hər hansı bir dirəyə bağlayır və daha sonra sözün əsl mənasında alçaldırlar.

Narkotik alverçilərinin üzərinə boya, toyuq lələyi, yumurta sarısı tökən şəxslər onları küçənin ortasında elə o vəziyyətdə qoyub ərazidən uzaqlaşırlar.

AzVision.az

Teqlər: