Nazir hərbçilərin pensiya məsələsinə aydınlıq gətirdi

 Nazir hərbçilərin pensiya məsələsinə aydınlıq gətirdi
  06 Avqust 2020    Oxunub:3997
“Hərbi ekspertlər belə bir məlumat yayıblar ki, guya hərbi qulluqçuların pensiyasında müəyən dəyişikliklər ediləcək. Yəni, hərbi qulluqçular pensiyaya çıxanda indi olduğu kimi maaşında olan artım pensiyaya əlavə edilməyəcək”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Vahid Əhmədov deyib.

Deputat məsələyə aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə telefonla danışıb: “O bildirdi ki, bununla bağlı qanun layihəsi hazırlansa da, deyildiyi kimi bir şey yoxdur. İndeksasiya tətbiq etməklə bağlı dəyişikliklər olacaq".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Nazir   Pensiya  





Xəbər lenti