Əlillik təyinatı ilə bağlı yeni meyarlar hazırlanır

  Əlillik təyinatı ilə bağlı yeni meyarlar hazırlanır
  06 Avqust 2020    Oxunub:3540
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində I qrup əlilliyi olan şəxslərlə bağlı xüsusi komissiya yaradılıb.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Nazir müavini bildirib ki, hazırda əlilliyin təyin olunması ilə bağlı səhiyyə orqanlarına müraciət olunmalıdır:

"Ancaq bizə müraciət olunan zaman xüsusi komissiyada I qrup əlilliyi olan şəxsləri əyani komissiyadan keçirə bilirik. Ümumiyyətlə, əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Əlillik   Nazirlik  





Xəbər lenti