“Uşaqpulu məsələsi hökumətdə müzakirə edilib” - Komitə sədri

 “Uşaqpulu məsələsi hökumətdə müzakirə edilib” -    Komitə sədri
  06 Avqust 2020    Oxunub:4374
"Uşaqpulu ilə bağlı məsələ hökumətdə müzakirə edilib. Bu gün vətəndaşlara 20-yə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır".

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədrinin sözlərinə görə, sovet vaxtından qalan uşaq pulunun məbləği o qədər az idi ki, heç verilməməsi ondan yaxşı idi:

"Bu gün uşaqpulu üçün ayrılan vəsaiti ünvanlı şəkildə ehtiyacı olan ailəyə vermək daha məqsədə uyğundur. Uşaqpulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik. Yəni, yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaqpulu verə bilərik. Komitəyə deputatları dəvət edirəm ki, gəlin işçi qrupu yaradaq, konkret təkliflər hazırlayaq. Bunun büdcəyə yükünü hesablayaq və hökumətə konkret təkliflərlə çıxaq”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti