Azər Bayramov deputatların təklifinə münasibət bildirdi

Azər Bayramov deputatların təklifinə münasibət bildirdi
  06 Avqust 2020    Oxunub:2434
Maliyyə nazirinin müavini deputatların yerli xərclərlə bağlı təkliflərinə münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bu xərclər əsasən yerli büdcədən maliyyələşən bağçaların ərzaq təminatı ilə əlaqədardır.

O əlavə edib ki, ilin əvvələrində yerli büdcələrdə bu istiqamətlərə ayrılan vəsaitlər istifadə olunmayıb.

"Ona görə də qənaət edilib. Azalmaların əsas səbəbi budur. Siyavuş müəllim Naxçıvana ayrılan vəsaitin azlığını qeyd etdi. Pandemiya sahəsində tədbirlərin həyata keçirilməsi üçün vəsait mərkəzləşmiş qaydada ayrılır. O baxımdan Naxçıvana ayrılan vəsait pandemiya ilə mübarizə üçün ayrılan vəsait deyil, müxtəlif istiqamətlərə yönəldilən vəsaitdir. Pandemiya ilə əlaqədar xərclər isə mərkəzləşmiş xərclərdən ayrılacaq”.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Milli-Məclis  





Xəbər lenti