Siyavuş Novruzov: “Biz bu gün Naxçıvanı qorumalıyıq”

  06 Avqust 2020    Oxunub : 1754
 Siyavuş Novruzov:  “Biz bu gün Naxçıvanı qorumalıyıq”
Naxçıvana əlavə 1,3 milyon vəsait ayrılıb. Bu çox azdır və yenidən baxılmalı, artırılmalıdır. Naxçıvana ayrılan dotasiya artırılmalıdır.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Naxçıvanın demək olar ki, bir tərəfi Ermənistanla sərhəddir.

S.Novruzov qeyd edib ki, bu gün Ermənistanın ən çox qorxduğu Əlahiddə Ümumqoşun Ordusudur.

"Naxçıvan blokadadır. Naxçıvana təyyarə reyslərin artırılmasına ehtiyac var. Naxçıvan ayrılan az vəsaitlə sərhədlərini qorusun, pandemiya ilə mübarizə aparsın, yoxsa Ermənistanla döyüşsün. Biz bu gün Naxçıvanı qorumalıyıq. Bu gün ordumuz Naxçıvanda Türkiyə ilə birlikdə təlimlər aparır. Üçüncü oxunuşa qədər bu məsələyə yenidən baxılsın, Naxçıvana kifayət qədər vəsait ayrılsın. Bu gün blokada şəraitində olan Naxçıvanın qorunması çox vacibdir. Oradakı insanlar məhsulu heç yerə çıxara bilmir. İranla, Türkiyə ilə də yol bağlıdır”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis