Beyrutda ölənlərin sayı 137 nəfərə çatıb - YENİLƏNİB

 Beyrutda ölənlərin sayı 137 nəfərə çatıb -  YENİLƏNİB
  06 Avqust 2020    Oxunub:10932
Ötən gün Beyrut limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı artaraq 137 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

***
Beyrut limanında baş vermiş dəhşətli partlayış nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə naziri Həməd Həsən bildirib.

Nazirin sözlərinə görə, partlayışda 5 minə yaxın insan yaralanıb. Onlarla insan itkin düşüb.

***
(18:05)

Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 113 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Naziliyi məlumat yayıb. Bildirilib ki, dörd mindən çox yaralı var.

“Ən son məlumata görə, 113 nəfər ölüb, dörd mindən çox insan yaralanıb", - deyə Livanın səhiyyə nazirinin müşaviri Reda Musavi deyib.

Qeyd edək ki, dünən axşam saatlarında Beyrutda güclü partlayış baş verib. Partlayış nəticəsində şəhərə ciddi ziyan dəyib, çoxlu sayda ev dağılıb. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, partlayışa 2015-ci ildə gömrükdə müsadirə olunan 2,7 min ton ammonium nitratın anbarda saxlanması səbəb olub.

Hadisənin dəqiq səbəblər araşdırılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Beyrut  





Xəbər lenti