“114 nəfər rəhbər vəzifələrə təyin olunub” - Kamran Əliyev

  05 Avqust 2020    Oxunub : 5591
  “114 nəfər rəhbər vəzifələrə təyin olunub”  -  Kamran Əliyev
2020-ci il may ayının 1-dən bu günədək 703 əmr imzalanıb.
Azvision.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məruzə ilə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hesabat dövründə kadr korpusunun komplektləşdirilməsi istiqamətində 2020-ci il may ayının 1-dən cari tarixədək struktur dəyişikliyi və təyinatlarla bağlı 703 əmr imzalanıb, 114 nəfər prokurorluq işçisi rəhbər vəzifələrə təyin olunub.

Azvision.az

Teqlər: Baş-Prokruror