Çindən bir qrup həkim Azərbaycana gəldi - FOTO

  04 Avqust 2020    Oxunub : 5540
 Çindən bir qrup həkim Azərbaycana gəldi -  FOTO
Avqustun 4-də Azərbaycanın milli aviadaşıyıcısı mühüm uçuş icra edərək ölkədə koronavirus xəstəliyi ilə mübarizədə təcrübə mübadiləsi məqsədilə Çindən bir qrup həkim və tibbi ləvazimatdan ibarət yük çatdırıb.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, 10 nəfər tərkibdə aparıcı Çinli mütəxəssislərdən ibarət qrup AZAL-ın xüsusi reysi ilə Bakıya gəlib.

Yüksək ixtisaslı tibb mütəxəssisləri koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması ilə məqsədi ilə Azərbaycanlı həmkarları ilə birgə çalışacaq.

AZAL-ın təyyarəsi vasitəsilə Çindən tibbi avadanlıq və qoruyucu vasitələr Azərbaycanın paytaxtına çatdırılıb.

"Azərbaycan Hava Yolları"nın Çendu şəhərindən (Çinin cənub-qərbindəki Sıçuan əyalətinin paytaxtı) Bakıya birbaşa uçuşu yeddi saatdan çox davam edib. Reys Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığına əsasən təşkil olunub.





Azvision.az

Teqlər: AZAL   Çin   Həkim