“Nazirlərin görüşü barədə bizdə məlumat yoxdur” - Hikmət Hacıyev

 “Nazirlərin görüşü barədə bizdə məlumat yoxdur” -  Hikmət Hacıyev
  04 Avqust 2020    Oxunub:4332
"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüş barədə bizdə məlumat yoxdur".

Bunu Azvision.az -a açıqlamasında Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsi üzrə hər hansı bir görüşün keçirilməsi ilə əlaqədar bizdə məlumat yoxdur", - deyə PA rəsmisi vurğulayıb.

Xatırladaq ki, daha əvvəl "RİA Novosti" agentliyi ATƏT-in Minsk Qrupu çərçivəsində 3+2 formatlı, yəni Rusiya, ABŞ, Fransa nümayəndəsi olan həmsədrlər, həmçinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında payızın əvvəllərində görüş keçirilə biləcəyinə dair məlumat yayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ   HikmətHacıyev  





Xəbər lenti