Əlillik təyinatları 5 dəfə azalıb

Əlillik təyinatları 5 dəfə azalıb
  04 Avqust 2020    Oxunub:3095
Əlillik təyinatı və eləcə də saxta əlilliklərin aşkarlanması, onların dayandırılması nəticəsində kifayət qədər böyük məbləğdə vəsaitə qənaət olunub.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

O bildirib ki, bu ilin 6 ayı ərzində 2600-ə yaxın saxta əlillik aşkar olunaraq dayandırılıb.

"Ümumilikdə əlilliyin təyin olunmasının dayandırılması prosesindən DSMF ayda 2,4 milyon manat olmaqla, illik 29 milyon manat həcmində qənaət edib. Əlillik təyinatına nəzarət gücləndirilib. 2017-ci ildə 17 min şəxsə əlillik təyin olunmuşdusa, 2018-ci ildə bu rəqəm 9600-ə, 2020-ci ilin 1 yanvar tarixinə isə 3800-ə qədər enmişdi. Təxminən burada 5 dəfəyə qədər azalma var. Həmin azalma hesabına fondun ehtimal olunan itkisi 65 milyon həcmində qiymətləndirilir".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Əlillik   DSMF  





Xəbər lenti