Yüksək sürətli optik şəbəkə qurulacaq

Yüksək sürətli optik şəbəkə qurulacaq
  22 Yanvar 2014    Oxunub:839
Azərbaycanda bu il optik şəbəkənin qurulması üzrə işlərə başlanılacaq.
Azərbaycanda bu il “evlərə optika” modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı İnternet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə işlərə başlanılacaqdır. Layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu tərəfindən hazırlanıb.

Nazirlikdən AzVision.az-a bildiriblər ki, layihə üç il müddətində həyata keçiriləcək və yüksək rentabellidir. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, sürəti 10-100 meqabit-saniyə arasında olan genişzolaqlı internetə çıxışı təmin etməkdir. Nəticədə Azərbaycanda internetin yayılma səviyyəsi inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılacaq.


Teqlər:





Xəbər lenti