İki gün ictimai nəqliyyat işləməyəcək

 İki gün ictimai nəqliyyat işləməyəcək
  01 Avqust 2020    Oxunub:5529
Azərbaycanda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilir.
Azvision.az xəbər verir ki, bu gündən 3 avqust saat 06:00-dək 14 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək.

Qeyd edək ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub.

Azvision.az


Teqlər: Nəqliyyat   Avtobus  





Xəbər lenti