“Hər bir insanın qurban kəsməsi vacib deyil” - Allahşükür Paşazadə

“Hər bir insanın qurban kəsməsi vacib deyil” -  Allahşükür Paşazadə
  31 İyul 2020    Oxunub:4047
Pandemiyaya görə bayram namazları müvəqqəti olaraq dayandırılıb. Amma biz ibadətlərimizi, namazlarımızı evdə, ailələrimizin içərisində edirik.
Azvision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

QMİ sədrinin sözlərinə görə, pandemiya səbəbindən bu il Həcc ziyarətinə gedilməyib: "İnşallah gələcəkdə qurbanlarımızı həmin müqəddəs məkanlarda kəsəcəyik".

A.Paşazadə bildirib ki, Qurban bayramında hər bir insanın qurban kəsməsi vacib deyil: “Bunun əvəzində yetimlərə, imkansızlara köməklik göstərə, ehsan verə bilərlər. İnsanlar tövsiyə edilən qaydalara uyğun olaraq bayramı keçirir".

Azvision.az



Teqlər: Qurban-bayramı  





Xəbər lenti