Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq
Böyük Britaniya (Birləşmiş Krallıq ) Parlamentinin İcmalar Palatasının İnsan Hüquqları üzrə Birgə Komitənin sədri, tanınmış ictimai-siyasi xadim, Harriet Harmanın adından, Komitə rəsmisindən edilmiş müraciətə cavab verilib. Məktubda qeyd olunur, sitat:
“Xanım Harriet Harman Komitə sədri Zahid Oruca “Ermənistanın hərbi təxribatı” ilə əlaqədar ətraflı məlumat üçün təşəkkür edir”.
Xanım H.Harman olduqca dəyərli tövsiyələr verməklə, İngiltərə parlamentinin dünyada insan hüquqları ilə bağlı mütəmadi rəylər verən Xarici İşlər Komitəsi, həmçinin, Azərbaycanla bağlı Parlament Qrupunun, parlamentin üzvü Bob Blackmanın Tovuz döyüşlərindən dərhal sonra 13 iyul 2020-ci il tarixində “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzkarlığı” ilə bağlı gündəliyə müzakirənin daxil edilməsi ilə bağlı təklifini də vurğulayıb.
Komitə sədri Zahid Oruc Böyük Britaniya Parlamentinin Birgə İnsan haqları Komitəsinin sədrinə diqqətə və operativ cavab məktubuna görə minnətdarlığını bildirib və qarşıdakı gözlənilən Parlamentin müxtəlif formatlı dinləmələrində Azərbaycan tərəfinin məsələni diqqətdə saxlayacağını qeyd edib.
Azvision.az
Teqlər: Zahid-Oruc