Azərbaycanda KİV-lərin sayı açıqlandı

   Azərbaycanda KİV-lərin sayı açıqlandı
  30 İyul 2020    Oxunub:3553
Birinci yarımildə 73 qeyri-kommersiya qurumu, o cümlədən çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 4 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb, 30-dək mətbu nəşr uçota götürülüb.
Azvision.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4 624, mətbu nəşrlərin sayı isə 5 343 təşkil edir.

Azvision.az


Teqlər: QHT   Mətbuat   KİV  





Xəbər lenti