Gənc zabitlərlə təlim-metodiki toplantı keçirilib - VİDEO
Toplantı çərçivəsində Naxçıvan Muxtar Respublikasının tarixi və mədəni yerlərinə ekskursiyalar təşkil olunub. Həmçinin gənc zabitlər Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, ön xətdəki mövqelərində şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə tanış olublar.
Təlim toplantısı yekun tədbiri ilə başa çatıb. Tədbirdə polkovnik Mənsum Əhmədov məqbullar götürülən zaman gənc zabitlərin yüksək nəticələr göstərdiklərini qeyd edib.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən zabitlərlə keçirilən toplantının əhəmiyyətindən danışıb və toplantıda nümunəvi iştirak etdiklərinə görə zabitlərin bir qrupuna təşəkkür elan edərək həvəsləndirib.
Azvision.az
Teqlər: Naxçıvan Müdafiə-Nazirliyi