Bir qrup din xadimi mükafatlandırılıb

Bir qrup din xadimi mükafatlandırılıb
  29 İyul 2020    Oxunub:2380
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu Qurban bayramı ərəfəsində ölkəmizdə dini dəyərlərin təbliği, məzhəblərarası münasibətlərin gücləndirilməsi və mənəvi mühitin qorunub saxlanılmasında səmərəli fəaliyyətinə görə bir qrup din xadimini mükafatlandırıb.
Fondun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, mükafatlananlar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvləri, Bakı bölgə qazısı Bəhruz Əzizov, Qəbələ bölgə qazısı Ceyhun Rüstəmov, Qazax bölgə qazısı İlham Süleymanov, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi İlham Səlimov, Tovuz rayonu üzrə səlahiyyətli nümayəndəsi Nəriman İbayev, Göyçay rayonu üzrə səlahiyyətli nümayəndəsi Cavid Səfərov, “Heydər” mədcidinin din xadimləri Rüfət Qarayev və Hafiz Abbasov, Tərtər şəhər “Cümə” məscidinin imamı Sadiq Cəfərov, Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidinin imamı Ramin Rəhimlidir.





Azvision.az



Teqlər: Din-Xadimləri   MDTF  





Xəbər lenti