Baş Nazirdən işsiz və işaxtaranlarla bağlı qərar

   Baş Nazirdən işsiz və işaxtaranlarla bağlı qərar
  27 İyul 2020    Oxunub:3780
Nazirlər Kabineti yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərin özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə həyata keçirilən təlimləri keçmədən müvafiq əmlakla təmin edilməsi barədə Qərar qəbul edib.
Azvision.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran (qanunvericiliyə uyğun olaraq hüququ olan) kimi qeydiyyata alınmış özünüməşğulluğa cəlb edilən şəxslər 2020-ci ildə bu məqsədlə təşkil olunan təlimlərə cəlb edilmədən, yerli qurumların köməkliyi ilə tərtib etdikləri biznes planlar əsasında seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunacaqlar.

Qərarda, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xüsusi karantin rejimi bitdikdən və ya onlayn təlim proqramları istifadəyə verildikdən sonra həmin şəxslərin müvafiq proqramlar üzrə təlimlərə cəlb edilməsini təmin etmək, özünüməşğulluğun təşkili məqsədilə onlayn təlim proqramlarının hazırlanmasını sürətləndirmək və bu Qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azvision.az


Teqlər: Baş-Nazir   Qərar  





Xəbər lenti