“Beşinci kolon”un milli xəyanətkarlığı “Hədəf”də - VİDEO

“Beşinci kolon”un milli xəyanətkarlığı “Hədəf”də -    VİDEO
  27 İyul 2020    Oxunub:3436
Ermənilərin xaricdəki anti-milli şəbəkə vasitəsilə Azərbaycana qarşı kampaniyası və “beşinci kolon”un milli xəyanətkarlığı bu gün AzTV-nin “Hədəf” verilişinin müzakirə mövzusu olub.
Milli Məclisin deputatı Razi Nurullayev, 1news.az saytının baş redaktoru Rəhman Hacı və AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov son günlər erməni hiyləsi və məkri sayəsində baş vermiş hadisələrin mahiyyətini təhlil ediblər.



Müsahiblər bildiriblər ki, xalqımız hakimiyyətlə həmrəydir və milli satqınların Azərbaycanı 90-cı illərin əvvəllərinə qaytarmaq istəyi fiaskoya uğrayıb. Qaragüruhun xaricdəki havadarlarına arxalanmaq cəhdi və düşmən dəyirmanına su tökmək istəyi puça çıxıb və özlərini gülünc vəziyyətə salıblar.

Verilişin qonaqları bundan sonra da informasiya cəbhəsində ağıla və məntiqə söykənən mübarizə aparılmalı olduğunu və sosial şəbəkələrdə yayılan dezinformasiyalara əhəmiyyət verilməməsinin vacibliyini vurğulayıbar.

Azvision.az


Teqlər: AzTV   Hədəf  





Xəbər lenti