Prokurorluq işçilərinin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi diqqətdə saxlanılır

Prokurorluq işçilərinin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi diqqətdə saxlanılır
  27 İyul 2020    Oxunub:2210
Avropa İttifaqı (Aİ) və Avropa Şurasının (AŞ) Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT) Proqramının ikinci mərhələsi çərçivəsində “Məlumatların təhlil üsulları: Microsoft Power BI” mövzusunda onlayn şəkildə təlim kursu keçirilib.
Baş Prokurorluğunun Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, təlim kursunda Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin prokuroru İsmayıl Musayev və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Əflatun Hüseynov iştirak ediblər.

Qeyd olunan təlim kursuna Avropa Şurasının Baş Qərargahının proqram meneceri xanım Danae İssa, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernies, Azərbaycanın Maliyyə Monitorinqi Xidmətinin Nəzarət Departamentinin rəisi Elçin Əhmədov, Avropa Şurasının ekspertləri Dmitri Solovev, xanım Olqa Solonoviç və ölkəmizin bir neçə mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları qatılıb.

Videoformatda keçirilən təlim kursunda iştirakçılar tərəfindən statistik məlumatlarla işləyərkən “Microsoft Power Business Intelligence Desktop” proqram təminatı vasitəsilə məlumatların emal və təhlil işini asanlaşdırma, onlara müxtəlif mənbələrdən əldə edilən məlumatların vahid struktura salınması, modelləşdirmə və peşəkar şəkildə vizuallaşdırılma qaydaları öyrənilib.

Azvision.az



Teqlər: Təlim   Baş-Prokurorluq  





Xəbər lenti