Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Aya Sofya 86 ildən sonra ibadətə açıldı
  24 İyul 2020    Oxunub:3590
Bu gün Aya Sofya məscidi 86 ildən sonra ibadətə açılıb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məsciddə bu gün ilk cümə namazı qılınacaq.

Xatırladaq ki, 1453-cü ildə İstanbulun fəthi ilə kilsədən məscidə çevrilən Aya Sofya 1934-cü ildən indiyədək muzey kimi fəaliyyət göstərib.

Türkiyə məhkəməsinin qərarı və Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanına əsasən, muzey məscid kimi vətəndaşların istifadəsinə verilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Aya-Sofya  





Xəbər lenti