Həftəsonu avtobuslar işləməyəcək

Həftəsonu avtobuslar işləməyəcək
  24 İyul 2020    Oxunub:3646
Bakı Nəqliyyat Agentliyi (BNA) həftəsonu paytaxtda marşrut avtobuslarının fəaliyyətini dayandırması barədə məlumat yayıb.
Agentlikdən Azvision.az -a bildirilib ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 25 iyul gecə 00:00-dan 27 iyul səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq:

"Bu gün isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcəkdir. Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək".

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti