COVID-19 xəstələrinin müalicəsi necə gedir? - VİDEO
Koronavirus xəstələrinin evdə müalicəsi məsələsindən danışan N.Veysova deyib ki, evdə yüngül simptomlu və ya simptomsuz xəstələr müalicə edilir. O, qeyd edib ki, evdə müalicədə müsbət nəticələr əldə olunmaqdadır.
İdarə rəisi söyləyib ki, evdə müalicə tətbiq ediləndən bu yana təcili tibbi yardıma müraciətlərin sayı azalıb. Bununla yanaşı, N.Veysova deyib ki, ağır simptomlu xəstələrin xəstəxanalara müraciət etməsi mütləqdir: “Xəstələr elə bilməsinlər ki, stasionar tibb müəssisəsində edilməli olan müalicəni evdə etmək olar”.
BŞBSİ-nin rəisi koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanalar barədə də ətraflı məlumat verib.
Azvision.az
Teqlər: