Eşton : “Avropa Birliyi yaxşı düşünməlidir”

Eşton : “Avropa Birliyi yaxşı düşünməlidir”
  18 Mart 2013    Oxunub:1508
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Suriya müxalifətini silahlandırmaq məsələsində Avropa Birliyini diqqətli olmağa çağırıb.
İranın nüvə proqramı məsələləsindən də danışan Ketrin Eşton vurğulayıb ki, Birlik Suriya müxalifətinə silah yardımına qoyulan embarqonun ləğvi ilə bağlı qərar qəbul etməzdən əvvəl yaxşı-yaxşı düşünməlidir.
Avropa Birliyi bunun hansı fəsadları törədə biləcəyini düşünməlidir-deyə o çıxışında təkrarlayıb.

Eştona görə, Fransa-Britaniya arqumentləri “çox diqqətlə ölçülüb-biçilməlidir” ki, böhranın bir az da dərinləşməsinə səbəb olmasın.

AzVision.az



Teqlər:  





Xəbər lenti